BSU-nun şəhid məzunu Nicat Şükürlünün məzarı ziyarət edilib

Oktyabrın 12-də Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələr universitetin şəhid məzunu, Vətən müharibəsi şəhidi Nicat Şükürlünün məzarını ziyarət ediblər.
 
Ziyarət zamanı onun məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
 
Həmçinin, Səbail rayonunun Bayıl qəsəbəsində şəhid məzun Nicat Şükürlünün adını daşıyan küçədə qoyulmuş barelyefi ziyarət ediblər.
 
Qeyd edək ki, Nicat Şükürlü BSU-nun Humanitar və sosial elmlər fakültəsinin məzunu olub.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 2023-cü ilin mayında Bakının Səbail rayonunda yerləşən "Buxta" küçəsinin adı dəyişdirilərək şəhid Nicat Şükürlünün adı verilib.
 
 
 
Bir abidə şəkili ola bilər
 
Şəkilin açıqlaması yoxdur.
 
Bir abidə şəkili ola bilər
Bir 6 nəfər və mətn şəkili ola bilər
 
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Bir 4 nəfər şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
 
Bir mətn şəkili ola bilər
 
Bir 7 nəfər, ayaqüstə duran insanlar və mətn şəkili ola bilər