BSU tələbəsi beynəlxalq müsabiqədə qalib gəlib

2023-cü il oktyabrın 5-dən 6-dək Rusiya Xalqlar Dostluğu Universitetinin Rus Dili İnstitutunda bütün MDB ölkələri də daxil olmaqla, digər xarici dövlətlərdən əllidən çox tələbənin iştirak etdiyi "Beynəlxalq Natiqlik və İfadəli Qiraət" Müsabiqəsi keçirilib.
 
Bakı Slavyan Universitetini (BSU) müsabiqədə Tərcümə (rus-ingilis dili) ixtisasında təhsil alan tələbələri Timur Fətəliyev və Cavidan Novruzov təmsil ediblər.
 
Müsabiqədə BSU -nun tələbəsi Cavid Novruzov qalib gəlib.