BSU “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsini təqdim edir

 
Bakı Slavyan Universiteti pedaqoji kadr hazırlığı məkanında yüksək təlim standartını təmin etməklə, beynəlxalq məktəb proqramlarının kurrikulumları üzrə metodiki biliyi və bacarığı olan müəllimlərin hazırlanmasına yönəldilmiş layihəni təqdim edir.
 
“Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi Bakı Slavyan Universitetinin keyfiyyətli təhsil təmin etmək və qlobal çağırışlara hazır olan yeni nəsil məktəb müəllimləri hazırlamaq hədəfini əks etdirir.
 
Layihəyə beynəlxalq təhsil proqramları sahəsində ən qabaqcıl təcrübəyə malik olan yerli və xarici ekspertlər cəlb olunacaq.
 
Layihənin əsas məqsədi – ölkəmizdə beynəlxalq təlim proqramları üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində (IB, A-Level, IPC və s.) çalışmaq üçün kadr hazırlığına dəstək verməkdən ibarətdir.
 
 
Layihə BSU-nun Yüksək Təhsil Mərkəzi tərəfindən həyata keçiriləcək.