BSU əməkdaşları Naxçıvanda keçirilən “Qədim diyarda yeni fürsətlər” Karyera Forumunda iştirak ediblər

Oktyabrın 5-də Bakı Slavyan Universitetinin (BSU) Yüksək təhsil mərkəzinin direktoru Ülviyyə Məmmədova, Rəqəmsallaşma və keyfiyyətin təminatı mərkəzinin direktoru Zümrüd Yolçuyeva və  Karyera Xidməti şöbəsinin müdiri Günel Nəzərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində ilk dəfə keçirilən "Qədim diyarda yeni fürsətlər”  adlı Karyera Forumunda iştirak ediblər.

Forumda 4 yerli və 2 xarici spikerin iştirakı ilə 3 panel üzrə peşəkar zəmində müzakirələr aparılıb, spikerlərlə iştirakçıların birgə əməkdaşlığı nəticəsində icmallar hazırlanıb.