BSU-nun Məktəb-Lisey Kompleksində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Oktyabrın 5-də Bakı Slavyan Universitetinin( BSU) Məktəb-Lisey Kompleksində(MLK) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin, o cümlədən bu müharibədə canlarını qurban verən təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin Beynəlxalq Müəllimlər Günü ilə bağlı videoçarx göstərilib.

BSU MLK-nın direktoru İlahə Carçıyeva müəllimləri peşə bayramı günü münasibətilə təbrik edib, məsuliyyətli, eyni zamanda müqəddəs, şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışında Ümummilli Lider Heydər Əliyevin həmişə pedaqoji fəaliyyətə,müəllim əməyinə yüksək qiymət verdiyini bildirən direktor İlahə Carçıyeva Ulu Öndərin müəllimlərin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin sürətli inkişafında mühüm rol oynayan və yeni cəmiyyət quruculuğunun memarları olan müəllimlərə böyük diqqət və qayğı göstərirlər.


Fərqli və maraqlı keçən tədbirdə şagirdlər müəllimlik peşəsi barədə şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər edib, atalar sözlərini səsləndiriblər, ilk müəllimləri haqqında minnətdarlıq hissi ilə danışıblar, habelə bütün fənn müəllimlərinə öz xoş arzu və diləklərini ifadə ediblər