BSU tələbələrinin növbəti uğuru

Bakı Slavyan Universiteti (BSU) 10-17 sentyabr 2023-cü il tarixlərində Qırğızıstan-Türkiyə Manas Universiteti tərəfindən həyata keçirilən “Türk Dünyası Rəqəmsal Vətəndaşlıq Layihəsi” çərçivəsində birinci mərhələnin layihə qalibləri üçün təşkil olunmuş “Elm Düşərgəsi”ndə təmsil olunub.

Düşərgədə BSU-nun Regionşünaslıq (Türkiyə) ixtisasında təhsil alan, layihənin qaliblərindən olan Fatimə Mərdanlı iştirak edib. Düşərgədə iştirak edən tələbələrə TURKPASS (Türk Dünyası Tələbə Pasportu), vəsiqəsi, iştirak sertifikatı və hədiyyələr verilib.