BSU-da "Təhsildə kredit sistemi" mövzusunda məlumat sessiyası keçirilib

Sentyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) Təhsil və Tərcümə fakültələrinin I tədris ili tələbələri üçün "Təhsildə kredit sistemi" mövzusunda məlumat sessiyası keçirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun Rəqəmsallaşma və keyfiyyətin təminatı mərkəzinin direktoru Zümrüd Yolçuyeva tələbə adını qazanan gəncləri təbrik edərək hər birinə uğurlar arzulayıb.

Sonra Zümrüd Yolçuyeva və Yüksək təhsil mərkəzinin direktoru Ülviyyə Məmmədova Azərbaycan və rus dillərində təhsildə kredit sistemi anlayışı, onun formalaşma qaydası, ÜOMG-nin hesablanması, alt qruplar üzrə ödənişin hesablaması prosedurları barədə tələbələrə ətraflı məlumat veriblər.

Sonda tələbələrin mövzuya dair sualları cavablandırılıb.

Qeyd edək ki, I tədris ili tələbələrinin təhsildə kredit sistemi barədə mütəmadi olaraq məlumatlandırılmasını təmin etmək məqsədi ilə Filologiya, Xarici dil müəllimliyi Humanitar və sosial elmlər fakültələrinin 1-ci tədris ili tələbələri ilə də görüşlər keçiriləcək.