BSU-da yeni yaradılan Yüksək təhsil mərkəzinə direktor təyin edilib

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin 14.09.2023-cü il tarixli müvafiq əmri ilə Ülviyyə Məmmədova BSU-da yeni yaradılan Yüksək təhsil mərkəzinə direktor vəzifəsinə təyin edilib.
 
Məmmədova Ülviyyə Rasim qızı 2000-2004-cü illərdə Azərbaycan Dillər Universitetinin bakalavr pilləsi, 2004-2006-ci illərdə isə magistr pilləsi üzrə təhsil alıb.
 
2016-2022-ci illərdə Bakı Slavyan Universitetinin Əcnəbi tələbələrlə iş üzrə dekanı vəzifəsində çalışıb.
 
 
Bir 1 nəfər və bunu deyən yazı "BSU A BAKI SLAVYAN UNİVERSİTETİ Yüksek Tehsil Merkazi Ülviyya Mammadova Markazin direktoru" şəkili ola bilər