BSU-da abituriyentlərə dəstək qrupu yaradılıb

2023/2024-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərin sənəd qəbulu 5 sentyabr tarixindən 14 sentyabr tarixinədək onlayn aparılacaq. Abituriyent müvafiq sənədlərin elektron versiyasını http://portal.edu.az üzərindən sistemə yükləməlidir.

Bakı Slavyan Universitetində (BSU) qeydiyyatla bağlı Sənəd Qəbulu Komissiyası yaradılıb.

Bununla yanaşı, sentyabrın 5-dən Tələbə Gənclər Təşkilatının (TGT) könüllülərindən ibarət Abituriyentlərə dəstək qrupu fəaliyyətə başlayıb.Müvafiq komissiya və dəstək qrupu tərəfindən universitetə qəbul olunmuş abituriyentlərə, həmçinin onların valideynlərinə, izahlar verilir, onlayn qeydiyyat üçün lazımi dəstək göstərilir, onların sualları cavablandırılır.

Qeyd edək ki, müvafiq komissiya və dəstək qrupu sentyabrın 5-dən 14-dək həftə ərzində I-V günlər, saat 09:00-dan 17:30-dək fəaliyyət göstərəcək.