BSU-nun Məktəb-Lisey Kompleksinin 93 nəfər məzunu ali təhsil müəssisələrinə qəbul olunub

Bakı Slavyan Universitetinin ( BSU) Məktəb-Lisey Kompleksinin (MLK) məzunları builki qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər.

Belə ki, bu il BSU MLK-nın 93 nəfər məzunu respublikamızın, həmçinin xarici ölkələrin müxtəlif tanınmış və nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub.