BSU-nun bir qrup tələbəsi və müəllimi Bolqarıstan Respublikasında yay məktəbində iştirak ediblər

Bakı Slavyan Universitetinin (BSU) “Slavyan filologiyası” kafedrasının müəllimi İrina Pçelintseva-Palamidessi, Tərcümə fakültəsinin Tərcümə (Bolqar dili üzrə) və Humanitar və sosial elmlər fakültəsinin Regionşünaslıq (Bolqarıstan üzrə) ixtisaslarında təhsil alan bir qrup tələbəsi 10-29 iyul tarixlərində Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofiya və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetləri tərəfindən təşkil olunan “Bolqar dili və mədəniyyəti” adlı yay məktəbində iştirak ediblər. Yay məktəbinin sonunda iştirakçılar sertifikatlarla təltif olunublar.