BSU tələbələri "IV Sənaye İnqilabı dövründə Yeni Media Qlobal Forumu"nda iştirak ediblər

21-23 iyul 2023-cü il tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən "IV Sənaye İnqilabı dövründə Yeni Media Qlobal Forumu"nda Bakı Slavyan Universitetinin (BSU) bir qrup fəal tələbəsi Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) könüllüsü qismində iştirak ediblər.

Humanitar və sosial elmlər fakültəsinin jurnalistika ixtisasının ikinci tədris ili tələbəsi Talıbova Telnaz(Aj-201), Muradzadə Nərmin (Aj-201), Minasazova Lalə ( Rj-202), üçüncü tədris ili tələbəsi Nahid Arifoğlu (Aj-301) və bu il məzun olmuş Anar Əhmədov iştirak ediblər.

Forum ərzində könüllülər sessiyaların təşkil olunmasında iştirak etmiş, qonaqlarla yaxından maraqlanmış və onlara forum ərzində köməklik göstərmişlər. Eyni zamanda, tələbələr “Anadolu Ajansı"nın jurnalistlər üçün təşkil etdiyi “Hərbi jurnaslitika” təlimində də iştirak ediblər.