BSU-nun “Brend tələbə”ləri mükafatlandırılıb

İyulun 17-də Bakı Slavyan Universitetində (BSU) AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən "Brend tələbə" layihəsi çərçivəsində seçilən BSU tələbələri mükafatlandırılıb.

AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova “Brend tələbə” layihəsi haqqında ətraflı məlumat verib, onun əhəmiyyətindən danışıb.

Sonra "Brend tələbə"lər layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər.

Sonda tələbələrə təltifnamələr təqdim olunub.