Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının qalibi olmuş BSU tələbələri diplomla təltif olunublar

İyulun 17-də Bakı Slavyan Universitetində (BSU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının qalibi olmuş tələbələr diplomla təltif olunublar.
Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev 2023-cü ilin ölkəmizin həyatında vacib il olduğunu vurğulayıb. Rektor Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə həyata keçirilən silsilə tədbirlərin əhəmiyyətindən söz açaraq, bu tədbirlərdə hər bir Azərbaycan vətəndaşının fəxarət və qürurla iştirak etdiyini bildirib. Ali təhsil müəssisələrinin dahi şəxsiyyət Heydər Əliyevin zəngin yaradıcılıq irsinin öyrənilməsi, tədqiqatların aparılmasında yaxından iştirak etdiyini deyib. Rektor BSU-nun da bu istiqamətdə müxtəlif platformalarda öz fəaliyyətlərini həyata keçirdiyini vurğulayıb. O, Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə ənənəvi olaraq təşkil olunan bədii yaradıcılıq festivalında BSU-nun da uğurla təmsil olunduğunu diqqətə çatdırıb. Qalib tələbələri təbrik edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra tələblər diplomla təltif olunublar.