BSU-nun bir qrup tələbəsi və müəllimi Bolqarıstanda yay məktəbində iştirak edirlər

Bakı Slavyan Universitetinin (BSU) “Slavyan filologiyası” kafedrasının müəllimi İrina Pçelintseva-Palamidessi, Tərcümə fakültəsinin Tərcümə (Bolqar dili üzrə) ixtisasında təhsil alan tələbələri Fəridə Əsilbəyova və Fatimə Əliyeva, Humanitar və sosial elmlər fakültəsinin Regionşünaslıq (Bolqarıstan üzrə) ixtisasında təhsil alan tələbələri Tunar Şirinzadə və Murad Əliyev Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofiya və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetləri tərəfindən təşkil olunan “Bolqar dili və mədəniyyəti” adlı yay məktəbində iştirak edirlər.

Ənənəvi olaraq hər il təşkil olunan yay məktəbinin məqsədi bolqar dilini tədris edən müəllimlərin və slavyanşünaslıq (bolqar dili) üzrə təhsil alan tələbələrin  dil bacarıqlarının təkmilləşdirilməsi və Bolqarıstanın mədəniyyəti ilə daha yaxından tanış olmaqdır.

Qeyd edək ki, yay məktəbi 10 iyuldan 29 iyuladək davam edəcək.