BSU-da yaz semestrinin imtahan sessiyası başa çatıb

Bakı Slavyan Universitetində (BSU) iyun ayının 1-də başlayan 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.

Sessiya ərzində, ümumilikdə, 1416 imtahan keçirilib. İmtahanlarda 3868 tələbə iştirak edib.

BSU-da ilk dəfə olaraq əsas tədris binasında keçirilən imtahanalar mərkəzləşdirilmiş qaydada təşkil olunub. Əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.

Sessiyanın gedişinə operativ nəzarət, yarana biləcək sualları araşdırmaq, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyasına sessiya dövründə 362 müraciət daxil olub.