BSU-nun təşkil etdiyi beynəlxalq elmi simpoziumun bağlanış mərasimi Xızıda keçirilib

İyunun 25-də Bakı Slavyan Universitetinin (BSU) Germanistika İnstitutunun təşkilatçılığı ilə "Alman və Azərbaycan Ədəbiyyati mühacirət, sürgün və repressiya kontekstində" adlı II beynəlxalq elmi simpoziumun bağlanış mərasimi Xızıda keçirilib.

Simpozium iştirakçıları səfər çərçivəsində öncə Xızıda Mikayıl Müşfiqin ev muzeyini ziyarət ediblər. Qonaqlara M.Müşfiqin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gedərək orada Mikayıl Müşfiqə həsr olunmuş son birgə bölmə işini davam etdiriblər və konfransın yekun iclası keçirilib. 

İclasda bölmələrin işi haqqında hesabatlar təqdim olunub. Sonra sertifikatlar təqdim edilib və simpoziumun işi bağlı elan olunub.

Qeyd edək ki, Azərbaycandan, Türkiyə, Gürcüstan, Almaniyadan olan germanist alimlərin iştirak etdiyi simpoziuma 14 xarici qonaq qatılıb. Müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin alman dili mütəxəssislərinin, o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqları və elm tədqiqat nümayəndələrinin iştirak etdiyi üçgünlük beynəlxalq elmi simpoziumda ümumilikdə 31 məruzə dinlənilib.