BSU Məzun Günü keçirib

İyunun 23-də Su İdman Sarayının Avropa oyunları parkında Bakı Slavyan Universitetinin (BSU) lV kurs tələbələrinin Məzun Günü keçirilib.

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycanda səfərdə olan Türkiyənin Türk Alman Universitetinin rektoru Cemal Yıldız , Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, BSU-nun professor-müəllim heyəti, tələbə və magistrantları, universitetin əməkdaşları iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan BSU-nun rektoru Anar Nağıyev tədbirə mindən çox məzun, müəllim və tələbənin toplaşdığını bildirib. Rektor BSU-nun yaranmasından söz açıb. O, məzunların uğurlarının universitetin inkişafı üçün mühüm rol oynadığını qeyd edib.

2023-cü ilin "Heydər Əliyev İli" olduğunu deyən rektor Ulu öndərin hər zaman elm və təhsil siyasətinə xüsusi diqqətlə yanaşdığını bildirib. Məhz Ümummilli lider Heydər Əliyevin minlərlə azərbaycanlı gəncin dünyanın top universitetlərində təhsil almaq üçün imkan yaratdığını deyən rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən davamı etdirildiyini, bugün də gənclərin müxtəlif dövlət proqramları ilə xaricdə təhsil aldığını deyib.

Anar Nağıyev BSU-da ali təhsilin üç səviyyəsi üzrə 4800 tələbənin təhsil aldığını və hər il ixtisasların artdığını bildirib. Rektor 2022-2023-cü tədris ilindən etibarən 7 yeni ixtisasın açıldığını vurğulayıb.

2020-ci ilin ölkəmizin tarixində zəfər ili olduğunu deyən Anar Nağıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində Qarabağı azad etdiyini qeyd edib. O, BSU-nun məzunlarının da Vətən müharibəsində iştirak etdiyini vurğulayaraq, Nicat Şükürlünün, Elnur Allahverdizadənin, Kənan Rüstəmlinin şəhidlik zirvəsinə ucaldığını deyib.

Rektor 2020-ci ildə dünyanı sarmış pandemiyada ölkəmizin təhsil sisteminin və bu kontekstdə BSU-nun adekvat qərar verən ali təhsil müəssisələrindən biri olduğunu xatırladıb. O, BSU-nun professor-müəllim heyətini alqışlayaraq təşəkkür edib.

Anar Nağıyev keyfiyyətin təminatı və səriştə əsaslı kadrların hazırlanmasında yeni məzmunun yaradılması üçün əsaslı islahatlar aparıldığını qeyd edib. O, universitetdə inklüziv təhsil üzrə işlər aparıldığını vurğulayıb.

Tələbəlik illərinin bir ömürboyu yaddaqalan olduğunu deyən rektor məzunlara BSU-nu seçdikləri üçün təşəkkür edib. Uzun və şərəfli yolun başlanğıcında olan gənclərə daim uğurlu yol arzulayıb. O, 6 fakültə üzrə müxtəlif humanitar ixtisasları bitirən tələbələrin arxasında hər zaman BSU ailəsi olduğunu bilmələrini qeyd edib. Rektor təhsil aldığı müddətdə qazandığı bilik və bacarıqların məzunlara uğur gətirəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, müasir dövrün daim öz üzərində işləməyi və öyrənməyi tələb etdiyini deyib.

BSU-nun bir dəyər olduğunu deyən rektor gözəl, qüdrətli ölkədə yaşayan məzunlara uğurlar arzulayaraq, həyatda layiqli yer tutacaqlarına əminliyini bildirib.

Gənclər və İdman naziri Fərid Qayıbov tədbir iştirakçılarını salamlayaraq, məzunları təbrik edib. Fərid Qayıbov BSU-nun fəaliyyətinə toxunaraq, universitetin ölkə hüdudlarından kənarda da tanındığını bildirib. Nazir tələbələrə həyatın mühüm mərhələsi olan ali təhsili bitirdiklərini deyərək, bu yeni mərhələdə gənclərə daim yüksəklərə qalxmağı arzulayıb. Fərid Qayıbov məzunlara qalib xalqın gəncləri olaraq həmişə qalib olmağı arzulayıb.

Türkiyənin Türk Alman Universitetinin rektoru Cemal Yıldız məzunları salamlayaraq, dəvətə görə təşəkkür edib. O, Azərbaycana səfərinin məqsədinin BSU-nun Germanistika İnstitutunun təşkilatçılığı ilə keçirilən "Alman və Azərbaycan Ədəbiyyati mühacirət, sürgün və repressiya kontekstində" adlı II beynəlxalq elmi simpoziumda iştirak olduğunu və bu tədbir çərçivəsində iki universitet arasında əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Cemal Yıldız 6 fevral 2023-cü il tarixində Türkiyədə baş vermiş zəlzələni xatırladaraq, Türkiyə ilə birgə üzülən Azərbaycan xalqına tələbə və müəllimlərin simasında təşəkkür edib. Rektor məzunların ailənin, müəllimlərin və dövlətin dəstəyi ilə böyük uğura imza atdıqlarını deyərək, onlara uğurlar arzulayıb.

Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış televiziya aparıcısı, diktor BSU-nun 1983-cü il məzunu Nailə İslamzadə belə əlamətdar gündə iştirak etməkdən və müəllimləri ilə bir daha görüşməkdən məmnun olduğunu deyərək, xatirələrini bölüşüb. Nailə İslamzadə BSU-nun ona öz həyat yolunu tapmağı öyrətdiyini qeyd edərək, bütün müəllimlərinə təşəkkür edib. Özünəməxsus ənənələri olan BSU-nun hər zaman böyük nailiyyətlər qazandığını vurğulayan Nailə İslamzadə məzunlara uğurlar arzulayıb.

BSU-nun 2023-cü il məzunu Əfsanə Allahverdiyeva belə əhəmiyyətli tədbirdə ona çıxış imkanı verildiyi üçün təşəkkür edib. BSU ailəsinin bir üzvü olmasından sevinc hissi keçirdiyini və özünü çox şanslı hesab etdiyini bildirib.

Açılış nitqlərindən sonra akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlar fəxri fərmanlarla təltif ediliblər.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

 

Bir 8 nəfər şəkili ola bilər

Bir 17 nəfər və işıqlandırma şəkili ola bilər

Bir 13 nəfər şəkili ola bilər

Bir 6 nəfər və kütlə şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, işıqlandırma və kütlə şəkili ola bilər

Bir 2 nəfər, səs ucaldıcı, kütlə və mətn şəkili ola bilər

Bir 5 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 1 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 2 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 1 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 4 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 1 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 3 nəfər, körpə və mətn şəkili ola bilər

Bir 8 nəfər və mətn şəkili ola bilər

Bir 3 nəfər və mətn şəkili ola bilər

Bir 8 nəfər və mətn şəkili ola bilər

Bir 6 nəfər və mətn şəkili ola bilər

Bir 6 nəfər və bunu deyən yazı "BSU BSU BSU BSU BSU BSU BSU BSU BSU BSU BSU BSU BSU Finally! BSU BSU" şəkili ola bilər

Bir 3 nəfər və mətn şəkili ola bilər

Bir 5 nəfər və mətn şəkili ola bilər

Bir 14 nəfər və mətn şəkili ola bilər

Bir 6 nəfər və mətn şəkili ola bilər

Bir 7 nəfər və mətn şəkili ola bilər

Bir 15 nəfər və bunu deyən yazı "BSU BSU" şəkili ola bilər

Bir 8 nəfər, xəbər otağı, platforma və mətn şəkili ola bilər

Bir 10 nəfər, platforma və mətn şəkili ola bilər

 Bir 5 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 7 nəfər və bunu deyən yazı "BSU BSU BSU BSH BSU BSU BS BSU BsuT BSU BSU BSU BSU BSU" şəkili ola bilər

Bir 11 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 2 nəfər və mətn şəkili ola bilər

Bir 17 nəfər şəkili ola bilər

Bir 10 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 3 nəfər və mətn şəkili ola bilər

Bir 8 nəfər, platforma və mətn şəkili ola bilər

Bir 4 nəfər şəkili ola bilər

Bir 3 nəfər, səs ucaldıcı, platforma və mətn şəkili ola bilər

Bir 3 nəfər, trompet, saksofon, işıqlandırma, səs ucaldıcı və mətn şəkili ola bilər

Bir 1 nəfər, saksofon və mətn şəkili ola bilər

Bir 2 nəfər və bunu deyən yazı "BSU BSU BSU BSU BSU BSU BSU BSU BSU BSU BSU BSU BSUT BSU BSU SU BSU SU BSU BSU BSU BSU BSU BSUT BSU BSU SU BSU 2023 2019- Finally BSU BSU BSU BSU BSU BSU BSU BSU BSU Sบ BSU BSU ASN BSUTI BSU" şəkili ola bilər

Bir 2 nəfər, işıqlandırma və kütlə şəkili ola bilər

Bir 1 nəfər, işıqlandırma və kütlə şəkili ola bilər

Bir 3 nəfər, işıqlandırma, səs ucaldıcı və kütlə şəkili ola bilər

Bir 6 nəfər, işıqlandırma, səs ucaldıcı və kütlə şəkili ola bilər

Bir 6 nəfər, işıqlandırma, səs ucaldıcı, kütlə və mətn şəkili ola bilər

Bir kütlə şəkili ola bilər

Bir 10 nəfər şəkili ola bilər

Bir 1 nəfər, işıqlandırma və kütlə şəkili ola bilər

Bir 8 nəfər, işıqlandırma və mətn şəkili ola bilər

Bir 3 nəfər, işıqlandırma və kütlə şəkili ola bilər

Bir 8 nəfər, işıqlandırma, kütlə və mətn şəkili ola bilər