BSU-da Yekun Dövlət Attestasiyası başlayıb

Bakı Slavyan Universitetində ( BSU) 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyəsini bitirən tələbələrin və magistrantların Yekun Dövlət Attestasiyası keçirilir.

Yekun dövlət attestasiyasında tədris proqramını tam başa vurmuş, tədris planında nəzərdə tutulmuş bütün attestasiya sınaqlarını müvəffəqiyyətlə vermiş IV kurs tələbələri və II kursu bitirən magistrantlar iştirak edirlər.