BSU rektoru Təvəkkül Şükürbəylini 80 illik yubileyi münasibətilə "Təşəkkürnamə" təqdim edib

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının professoru, filologiya elmləri doktoru Təvəkkül Şükürbəylini 80 illik yubileyi münasibətilə təbrik edərək, ona uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə görə "Təşəkkürnamə" təqdim edib.