BSU-da "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev: Böyük həyatın anları" mövzusunda tədbir keçirilib

Mayın 30-da "Heydər Əliyev İli" çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) Xarici dil müəllimliyi fakültəsinin Praktik rus dili və onun tədrisi metodikası kafedrasında " Heydər Əliyev: Böyük həyatın anları" mövzusunda tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Praktik rus dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Güney Məhərrəmova çıxışında qeyd edib ki, hazırda ölkəmizdə və onun hüdudlarından kənarda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin böyük dövlətçilik təcrübəsinin, zəngin siyasi irsinin dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir və bugünkü tədbir də bu məqsədə xidmət edir. Ulu Öndər Heydər Əliyevin xatirəsi həm Azərbaycan xalqının, həm də bəşəriyyətin yaddaşında əbədi yaşayacaq.

Tədbirdə Xarici dil müəllimliyi fakültəsinin Rus dili müəllimliyi ixtisasının tələbələri Elena Hüseynova, Lamiyə Həsənzadə, Səriyyə Məmmədova, Tamilla Məmmədova, Nuranə Hüseynova, Günel Boyadzadə, Nərgiz Zeynallı,Kəmalə Əliyeva, Aysel Həsənova, Zəhra Dadaşova, Aysel Poladova, Lətifə Əhmədova, Səbinə İsmayılova maraqlı slaydların müşayiəti ilə dahi şəxsiyyət, müdrik siyasi xadim Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, çoxşaxəli fəaliyyətində elmə, təhsilə, mədəniyyətə, incəsənətə yüksək diqqət və qayğı göstərməsi barədə geniş məlumat veriblər, şeirlər səsləndiriblər.

Praktik rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Natiqə İbrahimova və Alman filologiyası kafedrasının dosenti Telman Kazımov tədbirin təşkilatçılarına və tələbə-gənclərə təşəkkür edərək onlara uğurlar arzulayıblar.