BSU -da "Ümid etmə, ümidli ol" adlı maarifləndirmə tədbiri keçirilib

Mayın 12-də Bakı Slavyan Universitetində (BSU) “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə “Ümid etmə, ümidli ol” adlı maarifləndirmə tədbiri keçirilib.

BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova belə maarifləndirici tədbirlərin universitetdə mütəmadi olaraq keçirildiyini diqqətə çatdırıb.

İctimai Birliyin spikeri Dilşad Əzizli tədbirin keçirilməsində verdiyi dəstəyə görə BSU rəhbərliyinə təşəkkür edib. O, leykoz xəstəliyi haqqında danışıb, birliyin fəaliyyəti haqqında məlumat verərək, uşaqların leykoz haqqında nitqlərindən ibarət videoçarxı nümayiş etdirib.

Daha sonra İctimai birliyin fəaliyyət planını əks etdirən videoçarx nümayiş olunub, şou debat təqdim edilib. Tədbirdə, həmçinin birliyə üzv olacaq könüllülərin əldə edəcəyi imkanlardan söz açılıb, birliyin üzvü olan könüllülərin çıxışları dinlənilib.

Sonra uşaqların təqdimatında səhnə və valideyinlərin dilindən leykozla bağlı videoçarx nümayiş etdirilib.

Tədbir musiqili bağlanış mərasimi ilə başa çatıb.