Nizami Kino Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Nizami Kino Mərkəzində  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayondan seçilmiş millət vəkilləri, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların  rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri,  rayon ictimaiyyətinin nümayəndələri, eləcə də Bakı Slavyan Universitetinin rektoru və tələbələri iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyəti dövründə iqtisadiyyatın, təhsilin, elmin, səhiyyənin, idmanın və aqrar sahənin inkişafına verdiyi töhfələrdən, xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs edilib. Eyni zamanda, Ulu öndərin həyat və fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğu və onun xatirəsinin hər zaman uca tutulacağı vurğulanıb.

Ümummilli liderin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Sonra Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən Bakı şəhəri üzrə “Şahinlər” hərbi-idman oyunlarında III yeri tutmuş Nəsimi rayon məktəblilərindən ibarət komandanın üzvləri təltif olunublar. Tədbirin bəddi hissəsində şeir və mahnılar ifa olunub.