BSU-da " Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur" adlı tədbir keçirilib

Mayın 11-də "Heydər Əliyev İli " çərçivəsində Bakı Slavyan Universitetinin( BSU) Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında "Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur" adlı tədbir keçirilib. Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və BSU-da təhsil alan əcnəbi tələbələr doğma dilimizdə Azərbaycan Respublikasının Dövlət Himnini və dahi t

arixi şəxsiyyət Heydər Əliyev haqqında şeirlər səsləndiriblər.

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, dövlət başçımız İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Vurğulayıb ki, BSU-da Ulu Öndər Heydər Əliyevin bu möhtəşəm tarixi yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir, eyni zamanda BSU ölkəmizdə bu münasibətlə gerçəkləşən digər tədbirlərdə fəal iştirak edir.
Sonra Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Səməngül Qafarovanın "Heydər Əliyev- məktəb və təhsilin qurucusu " mövzusunda məruzəsi dinlənilib. Məruzədə görkəmli siyasi lider, təcrübəli dövlət xadimi Heydər Əliyevin çoxcəhətli fəaliyyətində elm və təhsil sahəsinə, müasir məktəb quruculuğuna müstəsna əhəmiyyət verməsi, həmçinin milliliyin əsası kimi qiymətləndirdiyi Azərbaycan dilinin, ədəbiyyatının inkişafına xüsusi diqqət və qayğı göstərməsi geniş əksini tapıb.

Tədbirdə Filologiya fakültəsinin tələbələri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Filologiya fakültəsinin dekanı, dosent Sevinc Abışova mayın 4-5-də BSU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycancanşünaslığın aktual məsələləri( tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə") adlı beynəlxalq elmi konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu konfransın Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.