BSU-da "Heydər Əliyev İli " çərçivəsində “Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır” adlı müsabiqənin ilkin mərhələsi keçirilib

Mayın 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakı Slavyan Universitetinin (BSU)  Tərcümə fakültəsinin nəzdində fəaliyyət göstərən Rus dili və mədəniyyətlərarası kommunikasiya və Avropa dilləri kafedrasının birgə təşəbbüsü ilə  Tərcümə, Xarici dil müəllimliyi və Humanitar və sosial elmlər fakülətlərinin I, II, III tədris ili tələbələri arasında “Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır” adlı müsabiqənin ilkin mərhələsi keçirilib. Hər üç fakültədə təhsil alan I tədris ili tələbələri ingilis, rus, fransız dilləri üzrə ən yaxşı imla müsabiqəsində iştirak ediblər.

Müsabiqənin II mərhələsi (“Ən yaxşı esse”) 15 may və III mərhələsi (“Ən yaxşı tərcümə”) 19 may tarixində baş tutacaqdır.