BSU-nun müəllim və tələbə kollektivi “Bakı Marafonu 2023”-də iştirak ediblər

May 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” start götürüb. Marafonda Bakı Slavyan Universitetinin (BSU) müəllim və tələbə kollektivi də fəal iştirak ediblər.

2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir. Bu dəfəki marafona 19.500 nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edib .Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafonda iştirak ediblər.