BSU THİK-nin bir qrup fəal tələbəsi Heydər Əliyev Mərkəzində ekskursiyada iştirak ediblər

May 9-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq Bakı Slavyan Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BSU THİK) bir qrup fəal tələbəsinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.

Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Daha sonra, tələbə və magistrantlar Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.