BSU -da "Heydər Əliyev İli" çərçivəsində "Auditoriya+" layihəsinin seminarı keçirilib

Aprelin 28-də Bakı Slavyan Universitetində (BSU ) "Heydər Əliyev İli çərçivəsində silsilə tədbirlərdən biri - İbtidai təhsil kafedrasının nəzdində fəaliyyət göstərən "Auditoriya+" layihəsinin seminarı keçirilib.

Tədbirdə Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Nuridə Muxtarzadə "Heydər Əliyev və folklor", yazar Gülzar İbrahimova "Heydər Əliyevin uşaqlarımıza qayğısı "mövzularında çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə və onun daşıyıcılarına, şəxsiyyətlərə olan münasibətindən bəhs olunub. Ümummilli liderin folklorumuzun ən böyük qoruyucusu kimi tarixdə iz qoyduğu vurğulanıb. 

Həmçinin, Ulu öndər Heydər Əliyevin uşaqlara yüksək diqqət və qayğı ilə yanaşması, dahi şəxsiyyətin siyasi kursunu layiqincə həyata keçirən Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqların xoşbəxt gələcəyini daim diqqət mərkəzində saxladığı qeyd olunub.