BSU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans başa çatıb

Mayın 5-də "Heydər Əliyev İli" çərçivəsində Bakı Slavyan Universitetində (BSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) adlı ikigünlük beynəlxalq elmi konfransın bağlanış mərasimi keçirilib. 

Bağlanış mərasiminə həsr olunmuş yekun iclasda rektor Anar Nağıyev beynəlxalq elmi konfransın bölmələrinin işinin aktiv şəkildə keçdiyini bildirib. Rektor konfransın hazırlıq mərhələsinin 5 aydan çox müddəti əhatə etdiyini, Təşkilat komitəsində BSU əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif ali təhsil ocaqları və elmi- tədqiqat müəssisələrinin nümayəndələrinin, eləcə də xarici elm və təhsil müəssisələrindən qonaqların iştirak etdiyini diqqətə çatdırıb. Açılış mərasimində Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Elnur Nəsibov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru A. Qırğızbəyov, Moskva Dövlət Pedaqoji Universitetinin rektoru A.Lubkov, Kutaisi Dövlət Universitetinin rektoru Ş.Kirtadze, Ural Federal Universitetinin rektoru A.Kokşarev, Türkiyə Yüksək Öyrətim Kurulu sədrinin müşaviri H.Koçun qatıldığını xatırladıb. Konfrans iştirakçıları olan xarici qonaqların, həmçinin digər həmkarların Ulu öndərin təkcə Azərbaycanın deyil, daha qlobal coğrafiyanın dahi şəxsiyyəti kimi gördüyü misilsiz xidmətlərlə bağlı öz fikirlərini bölüşdüklərini vurğulayıb. Anar Nağıyev beynəlxalq elmi konfransa daxil olan tezislərin coğrafiyasının geniş olduğunu deyərək, çapa hazırlanacaq tezislərin 10 % -nin xarici iştirakçılara məxsus olduğunu qeyd edib. Konfrans materiallarından 100 tezisin seçilərək, toplu şəklində çap olunub, elm ictimaiyyətinə təqdim olunacağını diqqətə çatdırıb. Rektor konfransın iştirakçılıq əhatəsinin genişləndirilməsi məqsədilə regional təhsil idarələrinin də konfransa cəlb olunduğunu deyib. A. Nağıyev konfransın ilboyu və daha geniş formatda davam edəcəyini, konfrans çərçivəsində bir regional bölmənin Lənkəran şəhərində, həmçinin bir beynəlxalq bölmənin Türkiyə və ya Gürcüstanda keçirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb.

Beynəlxalq elmi konfransda iki gün ərzində müxtəlif bölmələrdə mənalı ömrünü bütün varlığı ilə xalqına həsr edən Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi, şərəfli həyat yoluna nəzər salınıb.

 "Heydər Əliyev şəxsiyyətinin fenomenologiyası", "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı", "Heydər Əliyev və Azərbaycan elmi", "Heydər Əliyevin tolerantlıq və multikulturalizm siyasəti", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev - Azərbaycan dilçiliyi və ədəbiyyatı", "Azərbaycanşünaslıq elm sahələri prizmasında", "Tədqiqatın beynəlmiləlləşməsi məsələsi", "Qarabağ Azərbaycandır!" adlı bölmələrdə iki gün ərzində konfransa təqdim olunmuş tezislərin mövzuları ətrafında geniş elmi müzakirələr və fikir mübadiləsi aparılıb.

Yekun iclasda Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev konfransın nəticələri haqda hesabatla çıxış edib. O, bölmələrdə qızğın müzakirələrin keçdiyini bildirib.

Tədris işləri üzrə prorektor Ənvər Abbasov, bölmə rəhbərləri-Müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov, ADNSU-nun professoru Rüstəm Kamal çıxış edərək, konfransın işin yüksək qiymətləndiriblər, müxtəlif istiqamətlərdə geniş və maraqlı müzakirələrin aparıldığını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycandan və xarici ölkələrdən, ümumilikdə, 500 nəfərdən çox elm adamının iştirak etdiyi beynəlxalq konfransa Bolqarıstan, Türkiyə, Gürcüstan, Şimali Makedoniya, Rusiya, Özbəkistan, Nigeriya, Əfqanıstan, Qazaxıstan da daxil olmaqla 20-dən çox xarici qonaq qatılıb. Dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqları və elm tədqiqat nümayəndələrinin iştirak etdiyi beynəlxalq elmi konfrans iki gün davam edib. Konfransda 14 bölmədə 552 məruzə dinlənilib.

 

 

Bir 8 nəfər şəkili ola bilər

Bir 9 nəfər və mətn şəkili ola bilər