BSU-nun rektoru Moskva Dövlət Pedaqoji Universitetinin rektorunu qəbul edib

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev “Heydər Əliyev İli” çərçivəsində 4-5 may 2023-cü il tarixlərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) adlı beynəlxalq elmi konfrans iştirak etmək üçün Azərbaycana gələn Rusiya Federasiyasının Moskva Dövlət Pedaqoji Universitetinin rektoru, Rusiya Təhsil Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Aleksey Vladimiroviç Lubkov ilə görüşüb.
 
Görüşdə rektor Anar Nağıyev BSU haqqında ətralı məlumat verib, konfrans barəsində danışıb.
 
Aleksey Vladimiroviç Lubkov təmsil etdiyi ali məktəbdən söz açıb, konfransda iştirakından məmnunluğunu bildirib.
 
Görüşdə iki universitet arasında beynəlxalq əlaqələrin inkişafı və tələbə mübadiləsi haqqında müzakirələr aparılıb.