BSU-nun rektoru Nizami adına Daşkənd Dövlət Universitetinin rektorunu qəbul edib

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev “Heydər Əliyev İli” çərçivəsində 4-5 may 2023-cü il tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) adlı beynəlxalq elmi konfransda iştirak etmək üçün Azərbaycana gələn Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Abduqappor Karimjonoviç Qırğızbayev ilə görüşüb.
 
Görüşdə rektor Anar Nağıyev BSU haqqında ətralı məlumat verib, konfrans barədə danışıb.
 
Abduqappor Karimjonoviç Qırğızbayev təmsil etdiyi ali məktəbdən söz açıb, konfransda iştirakından məmnunluğunu bildirib.
 
Görüşdə iki universitet arasında beynəlxalq əlaqələrin inkişafı və tələbə mübadiləsi haqqında müzakirələr aparılıb.