BSU-da "Azərbaycan-Özbəkistan əlaqələri yeni müstəvidə" mövzusunda açıq seminar keçirilib

Mayın 3-də “Heydər Əliyev İli” çərçivəsində Bakı Slavyan Universitetində 4-5 may tarixlərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)" beynəlxalq "Azərbaycan-Özbəkistan əlaqələri yeni müstəvidə" mövzusunda açıq seminar keçirilib.

Özbəkistanın Daşkənd Şərqşünaslıq Universitetinin dosenti Cumali Şabanov açıq seminarda, ilk olaraq, Azərbaycan-Özbəkistan əlaqələrinin qurulması tarixindən danışıb. O, 1996-cı ilin avqustunda Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin mayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirliklərinin fəaliyyətə başladığını diqqətə çatdırıb.

İki ölkə arasında əlaqələrin qurulmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olduğunu diqqətə çatdıran Cumali Şabanov əməkdaşlığın davam etdiyini deyib, Prezident İlham Əliyevin Özbəkistana səfərindən söz açıb.

Sonrakı dövrlərdə də iki ölkə arasında sıx münasibətlər qurulduğunu, yeni müstəvidə inkişaf etdiyini deyib.

Sonda mövzu ətrafında müzakirə olub.