BSU-da "Dil və ədəbiyyatın tədrisi problemləri" mövzusunda açıq seminar keçirilib

Mayın 3-də “Heydər Əliyev İli” çərçivəsində Bakı Slavyan Universitetində (BSU) 4-5 may tarixlərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)" beynəlxalq elmi konfrans çərçivəsində "Dil və ədəbiyyatın tədrisi problemləri" mövzusunda açıq seminarı keçirilib. Türkiyənin Qazi Universitetinin professoru İsmet Çetinin "Dil və ədəbiyyatın tədrisi problemləri" mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda türk dövlətlərinin ədəbi tarixinə nəzər salınıb, müasir dövrdə dil və ədəbiyyat dərslərinin tədrisi ilə bağlı mövcud olan problemlərin həlli istiqamətində görüləcək işlərdən söz açılıb.

Sonda sual-cavab sessiyası olub.