BSU -da “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev azərbaycançılıq məfkürəsinin banisi” mövzusunda dəyirmi masa keçirilib

Aprelin 28-də Bakı Slavyan Universitetində (BSU ) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev azərbaycançılıq məfkürəsinin banisi” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Tərcümə fakültəsinin III kurs tələbəsi Nəzrin Əhmədzadənin təqdimatında videoçarx nümayiş olunub.

Slavyan filologiyası kafedrasının müdiri Rafiq Novruzov “Heydər Əliyev azərbaycançılıq məfkürəsinin banisi ”, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri Naidə Məmmədxanova “Феномен личности Гейдара Алиева и архетип лидера в сознании азербайджанцев”, Avropa dilləri kafedrasının müəllimi Fəridə Ağayeva "Heydər Əliyev və gənclər siyasəti", Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının müəllimləri Hüsniyyə Əliyeva “Гейдар Алиев и русский язык в Азербайджане”, Ofelya Tağıyeva “Жизнь, отданная народу ”, Tərcümə nəzəriyyəsi və praktikası kaferasının müdiri Fatimə Vəliyeva "Ümummilli lider Heydər Əliyev və Azərbaycan dilinə dövlət qayğısı" mövzularında çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə əsaslanan milli dövlət yaratdığı, dövlətçilik hissini formalaşdırdığı qeyd olunub. Tədbirdə Ümummilli lider Heydər Əliyev fenomeni, dilimizin saflığının qorunması və inkişafı, dil siyasəti, əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti ilə bağlı ətraflı məlumat verilib.