BSU-da Gənc Xarici Dil Müəllimləri Birliyi barədə məlumatlandırma sessiyası keçirilib

Aprelin 20-də Bakı Slavyan Universitetində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına (AGMA) daxil olan Gənc Xarici dil Müəllimləri Birliyi barədə məlumatlandırma sessiyası təşkil edilib.

BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov bu tədbirin universitetdə keçirilməsinin müsbət hal kimi qiymətləndirərək, gələcək müəllimlər üçün yaratdıqları imkanlara görə Birliyə təşəkkür edib.

Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova Birlik haqqında geniş təqdimatla çıxış edib. Təqdimatda Birliyin 2023-cü il üzrə fəaliyyət istiqamətləri, strateji məqsədləri və üzvlük haqqında ətraflı məlumat öz əksini tapıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.