BSU-nun Məktəb-Lisey Kompleksinin 32 nəfər şagirdi buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərib

Bakı Slavyan Universitetinin ( BSU) Məktəb-Lisey Kompleksinin ( MLK) 32 nəfər şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən martın 12-də keçirilmiş buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərib. Məlumat üçün bildirək ki, bu göstərici BSU MLK-nın bu il məktəbi bitirən 99 nəfər XI sinif şagirdi arasında qeydə alınıb.