BSU-nun bir qrup əcnəbi tələbəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya ediblər

Bakı Slavyan Unviersitetinin (BSU) Beynəlxalq Əməkdaşlıq Şöbəsinin nəzdində fəaliyyət göstərən hazırlıq kurslarında təhsil alan bir qrup əcnəbi tələbəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya ediblər.

Əcnəbi tələbələrimizə bələdçilər tərəfindən muzeyinin yaranma tarixi, o cümlədən, Nizami Gəncəvi, Seyid İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş ekspozisiya zalları haqqında geniş məlumat verilib.

Muzeyin rəhbəri, akademik, millət vəkili Rəfail Hüseynovun səmimi söhbətləri isə tələbələr tərəfindən maraqla qarşılanıb.