BSU-da 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb

 Yanvarın 5-dən Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

İmtahan sessiyası Azərbaycan Respublikası elm və təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 16.12.2022-ci il tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir.

İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. İmtahanlar  hər iki tədris binasında üç növbədə keçirilir.

Hər fənn üzrə tələbələrin imtahana qədər qiymətləndirmə balları müvafiq fakültələr tərəfindən tələbələrə elan olunub.

Akademik borcu olan tələbələr üçün təkrar imtahanlar cari sessiya müddətində keçiriləcək.

Bu sessiyada akademik borcu yaranacaq tələbələr üçün isə təkrar imtahanlar  2 fevral tarixindən 11 fevral tarixinə qədər təşkil olunacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və müvafiq fakültələr üzrə  apelyasiya komissiyası yaradılıb.