BSU-nun bir qrup fəal tələbəsi intellektual yarışda iştirak ediblər

 Dekabrın 23-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib. 

Bakı Slavyan Universitetinin (BSU)bir qrup fəal tələbəsi də yarışda iştirak ediblər.

3 turdan ibarət olan intellektual oyunda məntiq, dünyagörüşü, tarix, ədəbiyyat, idman və.s tipli suallar səsləndirilib.