BSU-nun Məktəb-Lisey Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 12-də Bakı Slavyan Universitetinin ( BSU) Məktəb-Lisey Kompleksində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

BSU-nun Məktəb-Lisey Kompleksinin direktoru, dosent İlahə Carçıyeva çıxışında vurğulayıb ki, nadir tarixi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin həyat yolu hər birimiz üçün örnəkdir. Xalqımız qazandığı bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevə və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə borcludur. "Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi, şanlı Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda sürətlə həyata keçirilən bərpa və quruculuq işləri hər birimizdə böyük sevinc, qürur hissi doğurur - deyə o, qeyd edib.

Tədbirdə məktəbin şagirdləri görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev barədə şeirlər, mahnılar ifa ediblər, videoçarxlar təqdim olunub.