BSU tələbələri arasında intellektual bilik yarışı keçirilib

Noyabrın 26-da Bakı Slavyan Universitetinin tələbələri arasında intellektual bilik yarışı keçirilib.

Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov intellektual bilik yarışında iştirak edən münsiflərə, təşkilat komitəsinin üzvlərinə və komanda iştirakçılarına fəallıqlarına görə dərin minnətdarlığını bildirib.

Humanitar və sosial elmlər fakültəsinin IV tədris ili tələbəsi, bilik yarışının moderatoru Nizami Xəlilov oyunun şərtlərini iştirakçıların diqqətinə çatdırıb.

“Şuşa ili”nə həsr olunan yarışda 9 komandada hər birində 6 nəfər olmaqla 54 nəfər tələbə biliyini sınayıb.

Bilik yarışında komandalar Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, Ümummilli lider Heydər Əliyevin elmi-siyasi irsi, 44 günlük Vətən Müharibəsi və Zəfər Tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar.

Komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alınıb və qiymətləndirilib.

Düzgün cavabların sayına görə “Victory” komandası III, “Qarabağ” komandası II, “Xarı bülbül 1” komandası isə I yeri tutub.

 

Bir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

Bir 9 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər

Bir 15 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər