BSU-da “Mina təhlükəsizliyi” və “Partlayıcı sursatların təhlükəsinə dair Maarifləndirmə” təlimi keçirilib

Noyabrın 23-də Bakı Slavyan Universitetində (BSU) “Mina təhlükəsizliyi” və “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” təlimi keçirilib.

Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov tələbələrə PSTM-in əsasları barədə geniş və ətraflı məlumat verib. Təhlükəli ərazilərin əlamətləri, partlayıcı sursatların tanınması, təhlükəli ərazilərdə davranış, tələ minalarla bağlı ümumi təlimatlandırma qaydaları izah olunub.

Təlim zamanı tələbələrə pre-test və post-test suallar təqdim olunub, PSTM-ə aid bilikləri yoxlanılıb.

Sonda işğaldan azad olunmuş ərazilərə səfər zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.