BSU-da “Bədən dili və Müsahibə etiketi” mövzusunda təlim keçirilib

Noyabr 1-də Bakı Slavyan Universitetində (BSU) “Bədən dili və Müsahibə etiketi” mövzusunda təlim keçirilib.

Təlimdə Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin şöbə müdiri Günay Rəhimova uğurlu müsahibəni şərtləndirən amillər, danışıq etiketi, təsirli və düzgün CV hazırlanması qaydaları və müsahibə zamanı işə götürənlərin diqqət etdiyi məqamlar haqqında ətraflı məlumat verib. İş görüşmələrində bədən dili və nitq etiketinin xüsusi əhəmiyyətindən danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

Şəkilin açıqlaması yoxdur.