Humanitar və Sosial elmlər fakültəsinin tələbələri ‘’Suraxanı’’ Gəmi -Muzeyinə ekskursiya ediblər

Oktaybrın 8-də Bakı Slavyan Universitetinin(BSU) Humanitar və Sosial elmlər fakültəsinin bir qrup fəal tələbəsi ‘’Suraxanı’’ Gəmi-Muzeyinə ekskursiya ediblər.

Muzeydə gəmiçilik tarixi haqqında məlumat verilib, tarixi eksponatlar təqdim olunub və Azərbaycan tarixi haqqında videoçarx nümayiş olunub. Tələbələr gəmiçilik tarixi ilə yaxından tanış olub, tarixi eksponatlar görüblər. Gəmiçilik və eksponatlarla bağlı muzeyin əməkdaşları ilə müzakirələr aparıblar.

Tələbələrə Muzeyin daxilində Azərbaycanın tarixi haqqında videoçarx təqdim olunub.