BSU-nun tələbə və əməkdaşları Avropa Dilləri Gününə həsr olunmuş tədbirdə iştirak ediblər


Sentyabrın 26-da Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbə və əməkdaşları Azərbaycan Dillər Universitetinin və Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutlarının (EUNİC Azerbaijan) təşkilatçılığı ilə Avropa Dilləri Günü çərçivəsində keçirilən “Ədəbiyyat gecəsi” ndə iştirak ediblər.


Tədbirə BSU-nun Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Sevda Axundova, Əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova, Tərcümə fakültəsinin dekanı, dosent Nurlana Nağıyeva, Humanitar və sosial elmlər fakültəsinin “Regionşünaslıq (Çexiya üzrə)” və Tərcümə fakültəsinin “Tərcümə (Çex dili)” ixtisasları üzrə təhsil alan tələbələri qatılıblar.


“Ədəbiyyat gecəsi” ndə Azərbaycanda fəaliyyət göstərən Türkiyə, Belçika, İtaliya, Macarıstan, Rumıniya, Latviya, Çexiya, Xorvatiya, Almaniya, Litva, Yunanıstan, Polşa, İspaniya, İsveçrə və diqər dövlətlərin səfirlik əməkdaşları müxtəlif Avropa dillərində şeirləri və kiçik hekayələri Azərbaycan dilinə tərcüməsi ilə tədbir iştirakçılarına təqdim ediblər.

 

Şəkilin açıqlaması yoxdur.