BSU-nun müəllimləri İspaniyada keçirilən "Ömürboyu təhsil və hər kəs üçün Liderlik Beynəlxalq elmi konfrans"ında iştirak ediblər

Bakı Slavyan Universitetinin (BSU) Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müəllimləri dos. Mirzəfərova Ramida, f.ü.f.d. Hüseynova Fatma, baş müəllim Suad Əfəndiyeva və baş müəllim Sevinc Əliyeva 5-7 iyul 2022-ci il tarixində İspaniyanın Qranada şəhərində keçirilən "Ömürboyu təhsil və hər kəs üçün Liderlik Beynəlxalq elmi konfrans"ında (8 th International Conference on Lifelong Education and Leadership For All - ICLEL 2022 ) iştirak ediblər.


Qranada Universitetinin Təhsil fakültəsinin və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən bu konfransda BSU-nun müəllimləri öz maraqlı məruzələri ilə çıxış ediblər. “Ədəbiyyatın təhsildə rolu", “Ədəbiyyatda və təhsildə bilingvizm problemi", "Türk xalqlarının ikidilli təhsil problemi", "Postmodernizm fəlsəfəsinin müasir təhsilə təsiri" adlı məruzələr təqdim olunub.


Konfransda, həmçinin İspaniya, Türkiyə, Portuqaliya, İngiltərə, Serbiya, İtaliya və digər müxtəlif ölkələrdən nüfuzlu elm adamları iştirak ediblər.