BSU-da Malayziya vətəndaşları ilə onlayn görüş keçirilib

Sentyabrın 7-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda təhsilin təşviqi məqsədilə Malayziya vətəndaşları ilə onlayn görüş keçirilib.

BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Leyla Musayeva əcnəbi vətəndaşların qəbulu və təhsili ilə bağlı “Bakı Slavyan Universitetində əcnəbilərə təklif olunan ixtisaslar və qəbul prosesi" adlı onlayn təqdimatla çıxış edib. Təqdimatda BSU-nun tarixi, proqramlar və ixtisaslar, əcnəbilərin qəbul prosesi, tələb olunan sənədlər və qəbul tarixləri, universitetdə əcnəbilərin tədrisinin təşkili, miqrasiya qaydaları, tələbə yataqxanası və tibbi sığorta haqqında məlumat verilib.