BSU-nun müəllimi ELT təlimini fərqlənmə sertifkatı ilə bitirib

Bakı Slavyan Universitetinin (BSU) İngilis filologiyası kafedrasının müəllimi Günay Təhməzova ABŞ səfirliyinin dəstəyi ilə Şimali Karolina Universitetinin Azərbaycanda ingilis dili müəllimləri üçün təşkil etdiyi 15 həftəlik ELT ( English Language Teaching ) təlimini fərqlənmə sertifkatı ( “Certificate of Completion with Honors “) ilə bitirib. O, 100 dən çox müəllim arasından ADA Universitetində keçirilmiş “Striving for Excellence"ın "English Language Teaching" konfransında çıxış edəcək 30 təlimçi-müəllimdən biri olub.

Qeyd edək ki, Şimali Karolina Dövlət Universitetinin və onun yerli tərəfdaşı olan ADA Universitetinin birgə təşkil etdiyi konfransın məqsədi tələbələrinin yüksək nəticələr əldə etməsinə kömək göstərmək üçün azərbaycanlı müəllimlərin tədrisin ən müasir və ünsiyyət əsaslı metodlarından istifadələrini təmin etməkdir.