BSU-nun rektoru tələbələrlə görüşüb

Bakı Slavyan Universitetinin (BSU) rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev bir qrup tələbə ilə görüş keçirib.

Görüşdə BSU-da tədris, təlim-tərbiyə prosesi, semestr imtahanlarının təşkili, universitetin beynəlxalq əlaqələri, tələbələrin sosial həyatı, tələbə mobilliyi, tələbə-müəllim mübadiləsi, tələbə təşkilatları ilə bağlı məsələlər geniş müzakirə olunub. Həmçinin, tələbələri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.