236 nömrəli tam orta məktəbin şagirdləri BSU-da olublar

 

Şəkilin açıqlaması yoxdur.

Orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Bakı Slavyan Universitetinə (BSU) tanışlıq məqsədilə keçirilən ekskursiyaları davam edir. Bu görüşlər çərçivəsində mayın 26-da Səbail rayon 236 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri BSU-da olublar. Şagirdlər öncə BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, BSU-nun Muzeyi ilə tanış olublar. Şagirdlərə BSU-nun yaranma tarixi, Azərbaycanın müasir ali təhsil sistemində yeri və mövqeyi, universitetdə fəaliyyət göstərən fakültələr, tədris-mədəniyyət mərkəzləri, tədris olunan ixtisaslar, son vaxtlar bu unikal ali təhsil müəssisəsində aparılan islahatlar barədə məlumat verilib.

Şagirdlər fakültələrlə, tədris auditoriyaları, tədris-mədəniyyət mərkəzləri və elmi-tədqiqat laboratoriyaları, universitetin əsas kitabxanası ilə tanış olublar.

Qeyd edək ki, paytaxtın digər orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin də BSU-ya ekskursiyalarının təşkil edilməsi nəzərdə tutulur.